YENİLİK! Yol polisi avtomobilləri «pult»la saxlaya biləcək

Avropa İttifaqında polisə istənilən avtomobili məsafədən saxlamağa imkan verəcək xüsusi qurğunun yaradılması üzrə işlərə başlanılıb. Aparat benzinin ötürülməsinin qarşısını alacaq və maşının işə düşməsini dayandıracaq. Qurğunun yaradılmasının 2020-ci ilədək başa çatacağı gözlənilir. Avropa ölkələri aparatları bilərəkdən bütün yeni avtomobillərdə quraşdırmağı planlaşdırır. Yeni nəzarət sistemi hüquq mühafizə orqanlarının yoldakı avtoxuliqanlarla, polisə atəş açmaq istəyən cinayətkarlarla mübarizədə işini xeyli asanlaşdıracaq. Bəzi ekspertlərin qənaətincə, avtomobillərə yerləşdirilən belə qurğular texniki nasazlıq səbəbindən işini dayandırsa, bu, yoldakı digər avtomobillər üçün təhlükə törədə bilər.

Emin

Dostlarınla paylaş